Azərbaycan Mərkəzi Bankı Türk Dövlətləri Təşkilatının Mərkəzi Bankları Şurasının ikinci toplantısına ev sahibliyi edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısını keçirib. Tədbirdə TDT-yə üzv dövlətlərin, həmçinin müşahidəçi ölkələrin mərkəzi banklarının rəhbərləri iştirak edib.

“GDP Media” xəbər verir ki, toplantı ərəfəsində Azərbaycanın Baş naziri Əli Əsədov Şura üzvlərini və müşahidəçi dövlətlərin nümayəndələrini qəbul edib. Görüşdə Şura çərçivəsində görülən işlərin TDT-yə üzv ölkələrin mərkəzi bankları və maliyyə institutları arasında əməkdaşlığı gücləndirəcəyi vurğulanıb. Həmçinin Azərbaycanda pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi, maliyyə-bank sektorunun modernləşdirilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyi sahəsində əldə olunan nəticələr barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Mərkəzi Bankın yeni inzibati binasında Şuranın ikinci toplantısı başlayıb. Tədbirdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankı, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi banklarının sədrləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov qlobal və regional iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında dəyişkənliyin yüksəldiyi bir dövrdə Şuranın ortaq və ölkəyə xas çağırışların həlli üçün mühüm platforma olduğunu bildirib. O, Şuranın pul siyasəti, maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı sahələrində iqtisadi və maliyyə əməkdaşlığını təşviq etdiyini vurğulayıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu