Azərbaycan Mərkəzi Bankının rəsmisi:”Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirir”

Azərbaycanda fəaliyyət göstərən 16 bank HÖP (Hökumət Ödəniş Portalı) ilə AÖS (Ani Ödənişlər Sistemi) arasında inteqrasiya prosesini tamamlayıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş Proqram Təminatı Mühəndisi Tofiq Acırqayev “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2026-cı ildə HÖP çərçivəsində həyata keçirilən əməliyyatların AÖS kanalı üzərindən icrasında əhəmiyyətli artım qeydə alınıb:

“Yanvar ayında HÖP üzrə əməliyyatların cəmi 0,13 %-i və ya 8 956 əməliyyatı AÖS vasitəsilə icra olunurdusa, may ayında bu göstərici 4,5 %-ə və ya 314 351 əməliyyata yüksəlib. Beləliklə, beş ay ərzində AÖS üzərindən həyata keçirilən əməliyyatların sayı 35 dəfə artıb”.

T.Acırqayev vurğulayıb ki, söhbət yeni əməliyyatların yaranmasından deyil, mövcud HÖP əməliyyatlarının HÖP platforması əvəzinə AÖS kanalı vasitəsilə icra olunmasından gedir. Hazırda 16 bank inteqrasiya prosesini tamamlayıb, eyni zamanda HÖP kanalı da fəaliyyətini davam etdirir.

O qeyd edib ki, AÖS sistemində əməliyyat sayının artması mübahisəli halların sayına da təsir göstərir: “Hazırda bu cür hallar iştirakçılar arasında ikitərəfli danışıqlar yolu ilə həll edilir.

Proseslərin daha səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunması məqsədilə Mərkəzi Bank iştirakçılara xüsusi modul təqdim edib. Bu modul vasitəsilə iştirakçılar mübahisəli halları qeydiyyata ala, məlumat mübadiləsi apara, müraciətləri araşdıra, onları qəbul və ya rədd edə, zərurət yarandıqda isə arbitraj mərhələsinə yönləndirə bilərlər.

Hazırda banklar modul üzrə inteqrasiya işlərini davam etdirir və aktiv test mərhələsində iştirak edirlər”.

  • Əlaqədar Yazılar

    Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək
    • İyun 9, 2026

    Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. GDP Media xəbər verir ki, bu…

    Davamı oxu
    İslam bankçılığı: “Müsəlman müştərilər ənənəvi bankirlərə inanmır”
    • İyun 9, 2026

    İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Araşdırma olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum…

    Davamı oxu