Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər.

GDP Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.

“Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır.” – deyə o qeyd edib. 

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankının rəsmisi:”Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirir”
    • İyun 9, 2026

    Azərbaycanda fəaliyyət göstərən 16 bank HÖP (Hökumət Ödəniş Portalı) ilə AÖS (Ani Ödənişlər Sistemi) arasında inteqrasiya prosesini tamamlayıb. Bunu Azərbaycan Mərkəzi Bankının…

    Davamı oxu
    İslam bankçılığı: “Müsəlman müştərilər ənənəvi bankirlərə inanmır”
    • İyun 9, 2026

    İslam bankçılığı istiqamətinə addım atmazdan əvvəl biz genişmiqyaslı bazar araşdırması apardıq. Araşdırma olduqca maraqlı və gözlənilməz reallıqları üzə çıxardı. Məlum…

    Davamı oxu