İlham Əliyev: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq”.

GDP Media” xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Bu gün xarici borcumuz ÜDM-in yalnız 6 faizini təşkil edir, odur ki, biz yenidən borc götürməyə başladıq. Fasilə yaranmışdır, lakin biz yenidən borc götürməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə institutu İslam İnkişaf Bankı idi. Çünki bizim bu Bankla güclü əlaqələrimiz, ortaq tariximiz və çox məhsuldar, konstruktiv münasibətlərimiz var”, – deyə Prezident vurğulayıb.

Ölkə başçısı bildirib ki, xarici borcun aşağı səviyyədə olması, əlbəttə ki, böyük üstünlükdür:

“Biz daha çox borc götürə bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Buna baxmayaraq, bizim xarici valyutada olan ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir”.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
    • İyun 22, 2026

    Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub. GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti…

    Davamı oxu