Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

GDP Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər. Bunun üçün Agentliyin vəsaitindən istifadə qaydası dəyişdirilib.

Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.

  • Əlaqədar Yazılar

    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    • İyun 11, 2026

    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub. “GDP Media” xəbər verir ki, iyunun 11-də Baş…

    Davamı oxu
    Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir
    • İyun 10, 2026

    Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan…

    Davamı oxu