Azərbaycanda bu dövlət qurumunda rüşvət faktları aşkarlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”ndəki araşdırma ciddi qanun pozuntuları ortaya çıxarıb.

“GDP Media”xəbər verir ki, toplanmış ilkin sübutlar əsasında cinayət işi başlanıb. Araşdırmadan sonra qurumdakı qanunsuzluqlar aşkar edilib, rüşvət alma halları ortaya çıxıb.

“Avtomobil Yollarının Mühafizə Xidməti”ndə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hazırda Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət təqibi aparılır.

Rüşvət faktları ilə bağlı idarənin çoxsaylı əməkdaşının ifadəsi alınıb, bəzi məsul şəxslərə ölkəni tərk etməmək tapşırılıb.

Qeyd edək ki, sözügedən idarənin rəisi 20 il Səftər İsmayılov olub. O, ötən ay vəzifəsindən azad edilib. İdarədə araşdırma aparılması ilə bağlı isə prokurorluğa Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi (AAYDA) özü müraciət edib.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
    • İyun 22, 2026

    Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub. GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti…

    Davamı oxu