ABB-İnvest-də xərclər çoxalsa da, mənfəəti də 1.5% artıb- İnvestisiya portfeli isə 5,2 milyon manat azalıb
ABB-İnvest İnvestisiya Şirkəti” QSC 2025-ci ili maliyyə dayanıqlığının güclənməsi, kapital bazası və məcmu gəlirlər üzrə artımla başa vurub. Hesabata əsasən, şirkətin xalis mənfəəti 2025-ci ildə 2 milyon 352,7 min manat təşkil edib. “GDP Media” xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 33,3 min manat və ya 1,4% artım deməkdir. Mənfəət artımı kəskin olmasa da, şirkətin əsas əməliyyat gəlirlərində sabit dinamikanın qorunduğunu göstərir. ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin faiz gəlirləri 1 milyon 532,3 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 78,4 min manat və ya 4,9% azalıb. Bunun əsas səbəbi investisiya qiymətli kağızları portfelinin azalması ilə izah oluna bilər. Belə ki, investisiya qiymətli kağızlarının həcmi 19 milyon 876,2 min manatdan 14 milyon 676 min manata düşüb. Azalma 5 milyon 200,2 min manat və ya 26,2% təşkil edib. Bununla belə, borc alınmış vəsaitlər üzrə faiz xərcləri 959,6 min manatdan 778,5 min manata enib. Azalma 181,1 min manat və ya 18,9% olub. Nəticədə xalis faiz gəlirləri 651,1 min manatdan 753,8 min manata yüksəlib. Artım 102,7 min manat və ya 15,8% təşkil edib. Bu, şirkətin maliyyələşmə xərclərini azaltmaqla faiz marjasını yaxşılaşdırdığını göstərir. Əsas artım mənbələrindən biri haqq və komissiya gəlirləri olub. ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin xalis haqq və komissiya gəlirləri 4 milyon 197,7 min manatdan 4 milyon 550,8 min manata yüksəlib. Artım 353,1 min manat və ya 8,4% təşkil edib. Bu göstərici ABB-İnvest-in broker, investisiya və kapital bazarı xidmətləri üzrə əməliyyat aktivliyinin artdığını göstərir. Qeyri-faiz gəlirləri də müsbət dinamika nümayiş etdirib. Bu göstərici 4 milyon 205,6 min manatdan 4 milyon 559,9 min manata yüksəlib. Artım 354,2 min manat və ya 8,4% olub. Lakin qeyri-faiz xərcləri də artıb. Xərclər 1 milyon 948,3 min manatdan 2 milyon 363,4 min manata çatıb. Artım 415,2 min manat və ya 21,3% təşkil edib. Xərclərin əsas artım mənbəyi işçi heyəti üzrə xərclərdir. Bu istiqamətdə xərclər 354,3 min manat və ya 21,8% artaraq 1 milyon 982,4 min manata yüksəlib. Ümumi və inzibati xərclər isə 58 min manat və ya 17,8% artıb. Vergidən əvvəl mənfəət 2 milyon 908,5 min manatdan 2 milyon 950,2 min manata yüksəlib. Artım 41,7 min manat və ya 1,4% təşkil…