JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib.
“GDP Media” xəbər verir ki, bu bəyanat investor nikbinliyinin pik həddə çatdığı və fond indekslərinin rekord yüksəkliklərə qalxdığı bir vaxtda səslənib.
Daimon, birja oyunçularına ünvanladığı çıxışında, bazarın həddən artıq qızması ilə bağlı narahatlıqlarını da gizlətməyib: “Bu sunami dalğasının altında ciddi risklər var – şişirdilmiş qiymətləndirmələr, kapitalın dar bir qrup texnologiya səhmləri üzərində cəmləşməsi və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik,” – deyə bankir vurğulayıb.
Daimon makroiqtisadi məsələlərə mühafizəkar yanaşması ilə tanınır – o, keçmişdə tez-tez bazar çöküşü və iqtisadi tənəzzüllər barədə xəbərdarlıq edib. Onun indiki açıqlaması isə proqnozdan daha çox mövcud vəziyyətin konstatasiyası xarakteri daşıyır.
Bank rəhbərinə görə, buğa bazarları heç vaxt ümumi tanınma mərhələsində bitmir – onlar hər kəsin bu “sunami”nin əbədi davam edəcəyinə tam əmin olduğu anda sona çatır. Bu fikir birbaşa Daimonun ənənəvi ehtiyatlı mövqeyini əks etdirir.


