Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb, Brent üzrə qiymət gözləntisini artırıb

Dünya Bankı 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 2,6%-dən 2,5%-ə endirib.

“GDP Media” xəbər verir ki, proqnozun aşağı salınmasına əsas səbəb kimi Yaxın Şərqdə davam edən geosiyasi gərginlik göstərilib. Dünya Bankı bildirib ki, qlobal iqtisadi artım və beynəlxalq ticarətlə bağlı risklər hələ də yüksək olaraq qalır.

Bununla yanaşı, qurum xammal bazarları üzrə proqnozlarını əhəmiyyətli dərəcədə yüksəldib. Belə ki, 2026-cı ildə xammal məhsullarının orta qiymətlərinin 22% artacağı gözlənilir.

Dünya Bankı Brent markalı neftin orta qiyməti üzrə proqnozunu da artıraraq bir barel üçün 94 ABŞ dollarına yüksəldib. Bu göstərici yanvar ayında verilən proqnozdan 34 dollar çoxdur.

Ekspertlərin qiymətləndirməsinə görə, iqtisadi artım proqnozunun azalması fonunda neft qiymətlərinin kəskin bahalaşması staqflyasiya risklərini artırır. Bu vəziyyət iqtisadi artımın zəifləməsi ilə yanaşı, istehsalçılar və istehlakçılar üçün xərclərin yüksəlməsinə səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, belə şəraitdə mərkəzi banklar daha mürəkkəb seçim qarşısında qalırlar. Bir tərəfdən inflyasiyanın cilovlanması, digər tərəfdən isə iqtisadi artımın dəstəklənməsi zərurəti monetar siyasətin formalaşdırılmasını çətinləşdirir.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu