Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb, Brent üzrə qiymət gözləntisini artırıb

Dünya Bankı 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 2,6%-dən 2,5%-ə endirib.

“GDP Media” xəbər verir ki, proqnozun aşağı salınmasına əsas səbəb kimi Yaxın Şərqdə davam edən geosiyasi gərginlik göstərilib. Dünya Bankı bildirib ki, qlobal iqtisadi artım və beynəlxalq ticarətlə bağlı risklər hələ də yüksək olaraq qalır.

Bununla yanaşı, qurum xammal bazarları üzrə proqnozlarını əhəmiyyətli dərəcədə yüksəldib. Belə ki, 2026-cı ildə xammal məhsullarının orta qiymətlərinin 22% artacağı gözlənilir.

Dünya Bankı Brent markalı neftin orta qiyməti üzrə proqnozunu da artıraraq bir barel üçün 94 ABŞ dollarına yüksəldib. Bu göstərici yanvar ayında verilən proqnozdan 34 dollar çoxdur.

Ekspertlərin qiymətləndirməsinə görə, iqtisadi artım proqnozunun azalması fonunda neft qiymətlərinin kəskin bahalaşması staqflyasiya risklərini artırır. Bu vəziyyət iqtisadi artımın zəifləməsi ilə yanaşı, istehsalçılar və istehlakçılar üçün xərclərin yüksəlməsinə səbəb olur.

Mütəxəssislər hesab edirlər ki, belə şəraitdə mərkəzi banklar daha mürəkkəb seçim qarşısında qalırlar. Bir tərəfdən inflyasiyanın cilovlanması, digər tərəfdən isə iqtisadi artımın dəstəklənməsi zərurəti monetar siyasətin formalaşdırılmasını çətinləşdirir.

  • Əlaqədar Yazılar

    Beş aparıcı maliyyə qurumu qlobal iqtisadiyyat və maliyyə bazarları ilə bağlı yeni proqnozlarını açıqlayıb.
    • İyun 11, 2026

    Beş aparıcı maliyyə qurumu qlobal iqtisadiyyat və maliyyə bazarları ilə bağlı yeni proqnozlarını açıqlayıb. GDP Media xəbər verir ki, Goldman Sachs süni…

    Davamı oxu
    Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İyun 11, 2026

    Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə…

    Davamı oxu