ABŞ-ın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil yaxın həftələrdə neft qiymətlərinin kəskin artacağını proqnozlaşdırıb.
“GDP Media” xəbər verir ki, şirkətin baş vitse-prezidenti Neil Çapman Nyu-Yorkda keçirilən Bernstein konfransında çıxışı zamanı qlobal neft ehtiyatlarının rekord aşağı səviyyələrə yaxınlaşdığını bildirib.
Onun sözlərinə görə, hazırda bazarda “çox, çox aşağı” ehtiyat səviyyələri müşahidə olunur və yaxın iki-üç həftə ərzində vəziyyət daha da kritik həddə çata bilər.
Çapman qeyd edib ki, ehtiyatlar minimum səviyyəyə endikdən sonra neft qiymətlərində sürətli sıçrayış baş verəcək.Exxon nümayəndəsi fiziki Brent neftinin qiymətinin yaxın həftələrdə bir barel üçün 150-160 dollara qədər yüksələ biləcəyini vurğulayıb.
Neil Çapman əlavə edib ki, qiymətlərin müəyyən həddi keçməsi sonradan tələbin azalmasına və bazarın yenidən balanslaşmasına səbəb ola bilər.


