Geosiyasi risklər fonunda qızıl 2% ucuzlaşdı

Yaxın Şərqdə geosiyasi gərginliyin artacağı ilə bağlı narahatlıqlar fonunda dünya bazarlarında qızılın qiyməti kəskin ucuzlaşıb.

“GDP Media” xəbər verir ki, İran və ABŞ arasında sülh danışıqlarının dayandırılması ilə bağlı yayılan məlumatlar investorların bazardakı mövqelərinə təsir göstərib. Nəticədə bazar ertəsi axşam saatlarında qızıl fyuçerslərində ciddi eniş qeydə alınıb.

Məlumata görə, Comex birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 2% azalaraq bir unsiya üçün 4502,7 dollara düşüb.Qiymətli metallar bazarında digər dəyişikliklər də müşahidə olunub. Belə ki, gümüşün qiyməti 0,8% azalaraq bir unsiya üçün 75,3 dollar təşkil edib. Platin isə əksinə, 0,3% bahalaşaraq 1935,4 dollara yüksəlib.

Analitiklər hesab edir ki, Yaxın Şərqdə siyasi risklərin artması və ABŞ–İran münasibətlərində qeyri-müəyyənliyin dərinləşməsi investor davranışına təsir göstərməkdə davam edir.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu