İsi Mustafayev:“PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib

“PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub. Şirkətin gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan 9,9 milyon manata yüksəlib.

GDP Media xəbər verir ki, bu barədə “PAŞA Kapital”ın Baş İcraçı direktoru İsi Mustafayev mətbuat konfransında məlumat verib.

Təqdim olunan maliyyə göstəricilərinə əsasən, şirkətin xalis mənfəəti də artım nümayiş etdirib. Belə ki, 2024-cü ildə 2,2 milyon manat olan xalis mənfəət 2025-ci ildə 2,5 milyon manata çatıb. Bu isə illik müqayisədə 13% artım deməkdir.

Şirkətin maliyyə vəziyyətində də müsbət dinamika qeydə alınıb. Aktivlər 64,1 milyon manatdan 64,8 milyon manata yüksəlib, öhdəliklər isə 47,6 milyon manatdan 46,1 milyon manata enib. Kapitalın həcmi isə 16,5 milyon manatdan 18,7 milyon manata çatıb.

Mətbuat konfransında bildirilib ki, 2025-ci ildə “PAŞA Kapital”ın xalis mənfəət marjası 25,3%, kapitalın rentabelliyi (ROE) isə 14,5% təşkil edib.

Eyni zamanda, şirkətin haqq və komissiya gəlirlərinin strukturunda əsas pay broker xidmətlərinin payına düşüb. Təqdimata əsasən, broker fəaliyyəti ümumi gəlirlərin 69,7%-ni formalaşdırıb.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu