“PAŞA Bank”-ın rəhbəri Cavid Quliyev: “İnvestorlar tərəfindən 20 mindən çox sifariş təqdim olunub”

PAŞA Bank-ın IPO abunə yazılışı uğurla başa çatıb.

“GDP Media”xəbər verir ki, 20 mindən çox investor sifarişi ilə Azərbaycanın özəl sektorunda ilk IPO investor tələbinin təklifi üstələdiyi ilk buraxılış kimi tarixə düşüb.

Məlumata görə, PAŞA Bank OJSC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib ki, aprelin 13-də başlayan İlk İctimai Təklif (IPO) prosesi üzrə abunə yazılışı uğurla yekunlaşıb.Azərbaycanın özəl sektoru tərəfindən həyata keçirilən ilk IPO çərçivəsində investorlar tərəfindən 20 mindən çox sifariş təqdim olunub.

Quliyevin sözlərinə görə, bu emissiya bir çox ilklərlə yadda qalacaq – onlardan biri də investor tələbinin təklifi üstələməsidir. Ölkənin kapital bazarları tarixində bu, ilk belə hadisədir.

“Bu nəticə həm PAŞA Banka, həm də ölkəmizin kapital bazarlarına etimadı nümayiş etdirir. İnanıram ki, bu IPO gələcəkdə kapital bazarlarına çıxmağı planlaşdıran şirkətlərə istinad IPO-su olacaq”, – deyə bank rəhbəri vurğulayıb.

Azərbaycanın ilk özəl şirkəti və ilk özəl bankı olaraq reallaşan IPO-nun yekun nəticələri, investor bazasının strukturu və yerləşdirmənin təhlili yaxın zamanda Bakı Fond Birjasında keçiriləcək Birja Zəngi Mərasimində açıqlanacaq.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu