Yüksək qiymətləndirmələr bazarda narahatlıq yaradır – S&P 500 göstəriciləri

ABŞ-ın S&P 500 indeksinə daxil olan şirkətlərin ümumi bazar dəyərinin 51%-i gəlirlərinə nisbətdə 10 dəfədən (Price-to-Sales 10x) yüksək qiymətləndirmə ilə ticarət olunan səhmlərin payına düşür.

“GDP Media” xəbər verir ki, bu göstərici bazarda yüksək artım gözləntilərinin davam etdiyini göstərir.

Mövzu ilə bağlı diqqət çəkən tarixi nümunələrdən biri 2002-ci ildə dotkom böhranı zamanı baş verib. Həmin dövrdə texnologiya şirkəti Sun Microsystems-in səhmləri oxşar qiymətləndirmə fonunda 90% dəyər itirib.

Şirkətin o zamankı baş direktoru Skott MakNili yüksək qiymətləndirmələrin risklərinə diqqət çəkərək bildirmişdi: “Sizin investisiyanızı geri qaytara bilməyim üçün mən 10 il ərzində bütün gəlirimizi tam şəkildə dividend kimi sizə ödəməliyəm”.

Analitiklərin fikrincə, hazırkı vəziyyət bazar iştirakçılarının gələcək gəlir artımına böyük ümidlər bəslədiyini göstərsə də, yüksək qiymətləndirmələr investorlar üçün riskləri də artırır. Gözləntilərin doğrulmaması halında səhmlərin qiymətlərində ciddi korrektələr baş verə bilər.

  • Əlaqədar Yazılar

    SpaceX-in IPO-su meksikalı qaynaqçını milyonçu edə bilər
    • İyun 8, 2026

    SpaceX-in IPO-su meksikalı qaynaqçını milyonçu edə bilər “GDP Media” xəbər verir ki, ABŞ-ın kosmik texnologiyalar şirkəti SpaceX-in mümkün IPO-su şirkətin…

    Davamı oxu
    Yaxın Şərqdə gərginlik neftin qiymətini 97,85 ABŞ dollarına yüksəltdi
    • İyun 8, 2026

    Yaxın Şərqdə İran və İsrail arasında hərbi gərginliyin yenidən artması dünya enerji bazarlarında neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. “GDP…

    Davamı oxu