Yüksək qiymətləndirmələr bazarda narahatlıq yaradır – S&P 500 göstəriciləri

ABŞ-ın S&P 500 indeksinə daxil olan şirkətlərin ümumi bazar dəyərinin 51%-i gəlirlərinə nisbətdə 10 dəfədən (Price-to-Sales 10x) yüksək qiymətləndirmə ilə ticarət olunan səhmlərin payına düşür.

“GDP Media” xəbər verir ki, bu göstərici bazarda yüksək artım gözləntilərinin davam etdiyini göstərir.

Mövzu ilə bağlı diqqət çəkən tarixi nümunələrdən biri 2002-ci ildə dotkom böhranı zamanı baş verib. Həmin dövrdə texnologiya şirkəti Sun Microsystems-in səhmləri oxşar qiymətləndirmə fonunda 90% dəyər itirib.

Şirkətin o zamankı baş direktoru Skott MakNili yüksək qiymətləndirmələrin risklərinə diqqət çəkərək bildirmişdi: “Sizin investisiyanızı geri qaytara bilməyim üçün mən 10 il ərzində bütün gəlirimizi tam şəkildə dividend kimi sizə ödəməliyəm”.

Analitiklərin fikrincə, hazırkı vəziyyət bazar iştirakçılarının gələcək gəlir artımına böyük ümidlər bəslədiyini göstərsə də, yüksək qiymətləndirmələr investorlar üçün riskləri də artırır. Gözləntilərin doğrulmaması halında səhmlərin qiymətlərində ciddi korrektələr baş verə bilər.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu