ABB yeni şirkət yaradır- Şirkətin fəaliyyət istiqamətləri açıqlandı

Dövlət bankı ABB investisiya ekosistemini böyütmə yolunda “ABB Asset Management” törəmə şirkətinin yaradılması nəzərdə tutulur.

“GDP Media” xəbər verir ki, səhmdarların Ümumi Yığıncağında bu məsələ müsbət qarşılanıb.

Qeyd edilir ki, bu şirkət vasitəsilə ABB-nin yeni 2026-2028-ci illər üzrə inkişaf strategiyasının icra edilməsi və dəstəklənməsi məqsədilə qeyri-bank aktivlərinə, yeni bizneslərə investisiyalar, eləcə də özəl kapital fondlarına və sinergiya potensialı olan startaplara investisiya qoyuluşu imkanları dəyərləndiriləcək.

Bununla yanaşı tərəfdaşlarla birgə “Beyond Banking” biznes layihələrinin reallaşdırılması məsələləri nəzərdən keçiriləcək.Xatırladaq ki, hazırda ABB-nin “Azərikard” prosessinq mərkəzi, ABB Moskva Bankı, “ABB-Invest İnvestisiya Şirkəti”, “ABB İnnovasiya” MMC kimi törəmə müəssisələri var.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu