Dow Jones indeksi 130 illiyini qeyd edir.
“GDP Media” xəbər verir ki, ABŞ-ın ən qədim və nüfuzlu fond bazarı indekslərindən biri olan DOW JONES bu gün yaranmasının 130-cu ildönümünü qeyd edir.
İndeksin ilk bağlanışı 26 may 1896-cı ildə 40,94 bənd səviyyəsində qeydə alınıb. Yarandığı gündən etibarən DOW JONES ABŞ iqtisadiyyatının və qlobal maliyyə bazarlarının əsas göstəricilərindən biri hesab olunur.
Tarix ərzində indeks bir sıra iqtisadi böhranlar, dünya müharibələri, texnologiya bumları və maliyyə şokları ilə üzləşsə də, uzunmüddətli perspektivdə artım trendini qoruyub saxlayıb.
Hazırda DOW JONES dünyanın ən çox izlənilən fond indekslərindən biri olaraq investorların bazar əhval-ruhiyyəsini əks etdirən əsas indikatorlardan sayılır.


