“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni üzvlər seçilib.
“GDP Media” xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Fariz Rəhimov Faiq oğlu və Ülvi Qasımov Qasım oğlu Müşahidə Şurasının üzvləri təyin olunublar. Hər iki şəxs hazırda ana şirkət olan ABB-də Ofis rəhbəri vəzifəsində çalışır.
Hazırda “ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına Aqşin Əmirov Zəkaray oğlu sədrlik edir. Şuranın digər üzvləri isə Rövşən Cavadov Nazim oğlu və Məcid Məmmədov Həsən oğludur.
Xatırladaq ki, ABB-İnvest 2020-ci ilin iyun ayında Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılıb. Şirkətin nizamnamə kapitalı 3 milyon manat təşkil edir.


