Bakı Fond Birjası Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndə heyətini qəbul edib.
“GDP Media” xəbər verir ki, görüşdə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Duncan Norman və Şərqi Avropa və Mərkəzi Asiya üzrə Böyük Britaniyanın ticarət komissarı David Reed iştirak ediblər.
Görüş zamanı Azərbaycanın kapital bazarlarının inkişafı, investisiya imkanları, eləcə də davamlı iqtisadi artımın və beynəlxalq əməkdaşlığın dəstəklənməsində kapital bazarı infrastrukturunun rolu ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında mövcud ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayaraq, maliyyə bazarlarının inkişafı və transsərhəd investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.




