“PAŞA Bank Türkiyə” ilk yaşıl istiqraz emissiyasını həyata keçirir

Türkiyədə fəaliyyət göstərən PAŞA Bank Türkiyə yaşıl istiqraz emissiyasını elan edib.

Bankın açıqlamasına əsasən, emissiya illik 42% sadə faiz dərəcəsi və 182 gün müddəti ilə investorlara təqdim olunacaq.

“GDP Media xəbər verir ki,” yaşıl istiqraz üzrə tələb toplama prosesi 2–3 iyun 2026-cı il tarixlərində bankın rəqəmsal platforması üzərindən həyata keçiriləcək.

Emissiyanın buraxılış tarixi isə 4 iyun 2026-cı il olaraq müəyyən edilib.Bank nümayəndələri bildiriblər ki, yaşıl istiqraz emissiyası uzunmüddətli strateji hədəflərin tərkib hissəsi olmaqla yanaşı, dayanıqlı maliyyələşmə və ekoloji layihələrin dəstəklənməsi istiqamətində mühüm addımdır.

Qeyd edək ki, yaşıl istiqrazlar ekoloji layihələrin, bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı inkişaf təşəbbüslərinin maliyyələşdirilməsi məqsədilə buraxılan qiymətli kağızlar hesab olunur.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu