S&P 500 ilk dəfə 69 trilyon dollarlıq bazar kapitallaşmasını ötüb

ABŞ fond bazarının əsas göstəricilərindən biri olan S&P 500 indeksinin ümumi bazar kapitallaşması tarixdə ilk dəfə 69 trilyon dollar həddini keçib. Beləliklə, ABŞ bazarı nominal ifadədə yeni rekord müəyyənləşdirib.

GDP Media xəbər verir ki, indeksin kapitallaşmasının artımı əsasən texnologiya sektorundakı iri şirkətlərin səhmlərinin bahalaşması ilə bağlıdır. Xüsusilə “Möhtəşəm yeddilik” adlandırılan texnologiya nəhənglərinin bazardakı dominant mövqeyi indeksin yüksəlişində əsas rol oynayıb.

Analitiklərin fikrincə, hazırkı artım bazarda konsentrasiyanın yüksəldiyini göstərir. Belə ki, məhdud sayda böyük şirkət bütün indeksin dinamikasına ciddi təsir edir.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət investorlar üçün həm yeni imkanlar, həm də risklər yaradır. Diversifikasiya və hedcinq strategiyalarından istifadə olunmadıqda, xüsusilə yüksək qiymətləndirilmiş texnologiya sektorunda mümkün korreksiya investisiya portfellərinə ciddi təsir göstərə bilər.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu