ABŞ fond indeksləri rekord həddi yeniləyərək cüzi artıb

ABŞ fond indeksləri bazar ertəsi günü ticarəti cüzi artımla başa vurub və rekord maksimum həddi yeniləyib.

“GDP Media” xəbər verir ki, “Nvidia Corp.” şirkətinin yeni tərtibatları ilə əlaqədar İntellektual Sistemlər (İS) sektorunun perspektivlərinə dair optimizm dalğası, Yaxın Şərqdə gərginliyin artması əlamətlərinə baxmayaraq, səhm bazarını dəstəkləyib.

“Nvidia Corp.”-un səhmləri ticarətin yekununa görə 6,3% bahalaşıb. Qrafik prosessorlar istehsalçısı olan bu Amerika şirkəti Taypeydə keçirilən “Computex” konfransında İS agentlərini dəstəkləməyə yönəlmiş ilk noutbukları, həmçinin yeni çipləri təqdim edib. Şirkət noutbukların “Dell Technologies” və “Microsoft Corp.” ilə əməkdaşlıq şəraitində buraxılacağını bildirib. Bazarın bağlanmasına görə “Dow Jones” indeksi 0,09% artaraq 51078,88 bənd təşkil edib. “S&P 500” indeksinin dəyəri 0,26% yüksələrək 7599,96 bənd olub. “Nasdaq” indeksi isə 0,4% qalxaraq 27086,81 bəndə çatıb.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu