Goldman Sachs-ın CEO-su: 2026-cı il meqa-IPO ili olacaq

Goldman Sachs-ın baş icraçı direktoru bildirib ki, 2026-cı ildə Anthropic, OpenAI, SpaceX kimi texnologiya nəhəngləri birjaya çıxa bilər. 

“GDP Media” xəbər lverir ki, onun sözlərinə görə, bazar 2021-ci ildəki patlamadan sonra ən böyük ilkin kütləvi təkliflər (IPO) üçün tam yetişib.

Bank rəhbərinin proqnozuna əsasən, əgər bu şirkətlər həqiqətən də IPO həyata keçirsə, bu, fond bazarının strukturunu kökündən dəyişəcək. Xüsusilə, dəyəri təxminən 200 milyard ABŞ dolları olan özəl kosmonavtika şirkəti SpaceX, həmçinin süni intellekt yarışının liderləri OpenAI və Anthropic-in birjaya çıxması güclü likvidlik axını yaradacaq və bütün texnologiya sektorunun yenidən qiymətləndirilməsinə səbəb olacaq.

Analitiklər investorlar üçün bunun həm böyük fürsət pəncərəsi, həm də ciddi risk olduğunu vurğulayırlar. Xatırladaq ki, 2021-ci ildən sonra bir çox “birboynuzlu şirkət” IPO-dan sonrakı dövrdə gözləntiləri doğrulda bilməyib. Əsas sual budur ki, yüksək faiz dərəcələri şəraitində bu texnologiya nəhəngləri yüksək gözləntiləri qarşılaya biləcəklərmi?

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu