Neft böhranı Fitch-in dünya iqtisadiyyatı proqnozlarını aşağı saldı

Beynəlxalq reytinq agentliyi Fitch neft qiymətlərinin kəskin artması və enerji bazarlarında yaranan qeyri-müəyyənlik səbəbindən dünya iqtisadiyyatının artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirib.

“GDP Media”xəbər verir ki,agentliyin analitiklərinin yaydığı hesabata əsasən, neftin bahalaşması istehlak xərclərinə və sənaye istehsalına birbaşa təzyiq göstərir. Proqnozların düzəldilməsi həm inkişaf etmiş (ABŞ, Avropa İttifaqı, Yaponiya), həm də inkişaf etməkdə olan iqtisadiyyatlara şamil edilib.

Ekspertlər vurğulayırlar ki, neft idxal edən ölkələr üçün xərclərin artması son illərin inflyasiya şokundan sonra iqtisadi bərpanı ləngidəcək. Mərkəzi banklar bu şəraitdə sərt pul-kredit siyasətini planlaşdırıldığından daha uzun müddət saxlamağa məcbur olacaqlar. Bu isə biznes fəallığını əlavə olaraq məhdudlaşdırır.

Fitch-in yeni proqnozları yaxın günlərdə açıqlanacağı gözlənilir.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu