Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə edilməsi (data governance) istiqamətində minimum məlumat indikatorlarının hazırlanmasını planlaşdırır.
Bunu AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.
Onun sözlərinə görə, hər bir bank birinci növbədə öz məlumat bazasını dərindən tanımalı, həssas hesab olunan məlumatları dəqiq müəyyənləşdirməli və buna müvafiq olaraq “data governance” sistemini formalaşdırmalıdır:
“Bundan əlavə, “anti-fraud” (fırıldaqçılıqla mübarizə) yanaşması çərçivəsində minimal indikatorlar işlənib hazırlanacaq. Bu məlumatlar toplanmalı və onların bazasında korrelyasiya qaydaları yaradılmalıdır ki, “anti-fraud” platformaları anomaliyaları, o cümlədən ödəniş sahəsindəki anomaliyaları müəyyən edə bilsin. Bu təşəbbüs data layihəsi çərçivəsində reallaşdırılmalıdır”.


