Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Xəzinədarlıq Departamentinin nümayəndə heyəti ilə görüşüb.

“GDP Media” xəbər verir ki, görüş zamanı bank nəzarəti, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə sektorunda risklərin idarə edilməsi, korporativ idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Mərkəzi Bank ilə ABŞ Xəzinədarlıq Departamenti arasında əməkdaşlıq perspektivlərini və qeyd olunan istiqamətlərdə texniki yardım layihələrinin həyata keçirilməsi imkanlarını da nəzərdən keçiriblər.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu