Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb

“Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərara dəyişiklik edilib.

GDP Media”xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 263,36 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229,0 ha hektar torpaq sahəsi nəzərdə tutulmuşdu.

  • Əlaqədar Yazılar

    Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər
    • İyun 12, 2026

    Azərbaycanda dövlət mülkiyyətində olan mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər. “GDP Media” xəbər verir ki, bu, Prezident İlham…

    Davamı oxu
    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    • İyun 11, 2026

    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub. “GDP Media” xəbər verir ki, iyunun 11-də Baş…

    Davamı oxu