“PAŞA Bank”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sabah “Bakı Fond Birjası” QSC-də (BFB) “PAŞA Bank” ASC-nin 51,311 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

GDP Media” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 27 manat, faktiki dəyəri isə 55 manat olan 932 926 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. 13 aprel-12 iyun tarixlərində səhmlərə abunə yazılışı həyata keçirilib.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, “PAŞA Bank”ın nizamnamə kapitalı səhmlərin nominal dəyərinə uyğun olaraq 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.

  • Əlaqədar Yazılar

    SpaceX, Tether və FED-dən bazarlara təsir edəcək qərarlar
    • İyun 18, 2026

    Qlobal maliyyə, kriptovalyuta və texnologiya bazarlarında diqqətçəkən hadisələr baş verib. “GDP Media” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana…

    Davamı oxu
    BlackRock: “Bitkoinin faydalılığı var”
    • İyun 18, 2026

    2025-ci ilin noyabrında dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan BlackRock bəyan edib ki, spot Bitkoin ETF-i – IBIT…

    Davamı oxu