İlham Əliyev: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq”.

GDP Media” xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Bu gün xarici borcumuz ÜDM-in yalnız 6 faizini təşkil edir, odur ki, biz yenidən borc götürməyə başladıq. Fasilə yaranmışdır, lakin biz yenidən borc götürməyə başladıq və əlbəttə ki, bizim müraciət etdiyimiz birinci maliyyə institutu İslam İnkişaf Bankı idi. Çünki bizim bu Bankla güclü əlaqələrimiz, ortaq tariximiz və çox məhsuldar, konstruktiv münasibətlərimiz var”, – deyə Prezident vurğulayıb.

Ölkə başçısı bildirib ki, xarici borcun aşağı səviyyədə olması, əlbəttə ki, böyük üstünlükdür:

“Biz daha çox borc götürə bilərik, lakin bunu çox ehtiyatla edəcəyik. Buna baxmayaraq, bizim xarici valyutada olan ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir”.

  • Əlaqədar Yazılar

    Kraudfandinq platforması operatorunda mühüm iştirak payının əldə edilməsinə Mərkəzi Bank razılıq verəcək
    • İyun 17, 2026

    Azərbaycanda kraudfandinq platforması operatorunun nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi Mərkəzi Bankın (AMB) razılığı əsasında mümkün olacaq. “GDP Media”xəbər…

    Davamı oxu
    Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər
    • İyun 12, 2026

    Azərbaycanda dövlət mülkiyyətində olan mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər. “GDP Media” xəbər verir ki, bu, Prezident İlham…

    Davamı oxu