Bazar ertəsi axşam neft qiymətləri enişi sürətləndirib, treyderlər İsveçrədə başa çatan ABŞ-İran danışıqlarının birinci raundunun yekunlarını dəyərləndirirlər.
“GDP Media” xəbər verir ki, London ICE Futures birjasında avqust fyuçersləri üzrə Brent nefti Moskva vaxtı ilə saat 18:16-ya olan məlumata görə bareli 77,48 dollardan ticarət olunur ki, bu da əvvəlki ticarət sessiyasının bağlanma qiymətindən 3,09 dollar (3,84%) aşağıdır.
Nyu-York Əmtəə Birjasında avqust fyuçersləri üzrə WTI nefti isə bu vaxta qədər 2,38 dollar (3,14%) ucuzlaşaraq bareli 73,47 dollara enib.


