Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub.

GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Serdar Berdımuhamedov iştirak ediblər.

Tanker Azərbaycan mütəxəssisləri tərəfindən Bakı Gəmiqayırma Zavodunda inşa edilib.

Onun əsas texniki xüsusiyyətləri:

  • uzunluğu — 141 metr;
  • eni — 16,9 metr;
  • su çəkimi — 4,54 metr;
  • dedveyti — 7 875 tona çatır.

Bu günə qədər Bakı Gəmiqayırma Zavodu 14 gəmi inşa edib, 170-dən çox gəmiyə təmir işləri görüb və hazırda daha 17 layihə üzərində işləyir.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    İlham Əliyev: “Odur ki, yenidən borc götürməyə başladıq”
    • İyun 18, 2026

    “Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və…

    Davamı oxu