Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
  • May 20, 2026

Bu il İçərişəhərdə 26 iri festivalın keçirilməsi nəzərdə tutulub.Bunu açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Rüfət Mahmud bildirib. “Müvafiq mobil tətbiqdə siz artıq bütün informasiyanı əldə edə bilərsiniz”, – deyə o qeyd edib.Bundan başqa, sədr deyib ki, İçərişəhərdə bir çox yeniliklər gözlənilir: “Muzeylərin yeni ekspozisiyalarının üzərində işlər aparılır. Ziyarətçilər üçün interaktiv sərgilənmə tətbiq olunacaq ki, onlarda unudulmaz təəssüratlar yaransın. Eyni zamanda Qala Qoruğu ilə bağlı ayrıca inkişaf strategiyası hazırlanılır. Oranın potensialı çox böyükdür. Hazırda özəl sektorla danışıqlar aparılır ki, burada mütəmadi tədbirlər keçirilməsi, muzeylərin təmiri, bərpa olunması, yeni yanaşmaların tətbiq olunması nəzərdə tutulsun”.

davamı
Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək
  • May 19, 2026

Şuşanın Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək.Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib. Xüsusi nümayəndə qeyd edib ki, bu il kəndin inşasına başlanılacaq.

davamı
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv edib
  • May 18, 2026

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub. GDP Media cəbər verir ki, bu barədə AZAL-ın məlumatında bildirilib. Hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.

davamı