Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək

Bu il İçərişəhərdə 26 iri festivalın keçirilməsi nəzərdə tutulub.Bunu açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Rüfət Mahmud bildirib.

“Müvafiq mobil tətbiqdə siz artıq bütün informasiyanı əldə edə bilərsiniz”, – deyə o qeyd edib.Bundan başqa, sədr deyib ki, İçərişəhərdə bir çox yeniliklər gözlənilir:

“Muzeylərin yeni ekspozisiyalarının üzərində işlər aparılır. Ziyarətçilər üçün interaktiv sərgilənmə tətbiq olunacaq ki, onlarda unudulmaz təəssüratlar yaransın. Eyni zamanda Qala Qoruğu ilə bağlı ayrıca inkişaf strategiyası hazırlanılır. Oranın potensialı çox böyükdür. Hazırda özəl sektorla danışıqlar aparılır ki, burada mütəmadi tədbirlər keçirilməsi, muzeylərin təmiri, bərpa olunması, yeni yanaşmaların tətbiq olunması nəzərdə tutulsun”.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu