İKTA: Birinci rübdə poçt xidmətlərinə 2300-ə yaxın şikayət daxil olub

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2026-cı ilin birinci rübü üzrə poçt rabitəsi xidmətlərinə dair şikayət indeksi və şikayətlərin operatorlar tərəfindən orta cavablandırılma müddəti hesabatını dərc edib.Hesabat yanvar-mart aylarında “E-Şikayət” sistemi vasitəsilə poçt operatorlarına ünvanlanmış müraciətləri əhatə edir.

GDP Media xəbər verir ki, şikayət indeksi hər operator üzrə şikayətlərin xüsusi çəkisinin bazar payına nisbəti əsasında hesablanır və xidmət keyfiyyətini əks etdirir. Operatorların cavabvermə səviyyəsi isə “E-Şikayət” sistemində təqdim edilən cavabların orta müddəti ilə qiymətləndirilir.İKTA bildirib ki, bu hesabat şəffaflığın artırılması, ictimai nəzarətin formalaşması və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addımdır.

Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib, 2024-cü ilin aprelindən isə poçt rabitəsi ilə bağlı müraciətlərin qəbuluna başlanılıb. Sistemə bu günə qədər 2300-ə yaxın şikayət daxil olub.Agentlik vətəndaşlara çətinlik yarandıqda ilk növbədə xidmət təchizatçısının rəsmi əlaqə vasitələrinə, zərurət yaranarsa “mygov” platforması üzərindən “E-Şikayət” xidmətinə müraciət etməyi tövsiyə edir.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu