Çin internet ticarət nəhəngi Alibaba Group 2026-cı ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
GDP Media xəbər verir ki, şirkətin rüblük gəliri 243,38 milyard yuan təşkil edərək, konsensus proqnozu olan 246,52 milyard yuanın altında qalıb.Bazar analitikləri bu durumu Çində istehlak tələbinin gözləniləndən ləng bərpası ilə əlaqələndirirlər. Kiçik görünən fərq, bununla belə, sərmayəçilərin diqqətini şirkərin əsas fəaliyyət sahələrinə – bulud hesablamaları (cloud) və elektron ticarətə yönəldib.Alibaba hazırda genişmiqyaslı yenidənqurma prosesini davam etdirir. Eyni zamanda şirkət Pinduoduo və Douyin kimi rəqiblərinin artan təzyiqi ilə üzləşir.
Mütəxəssislər xəbərdarlıq edir ki, gəlirdəki geriləmə tendensiyaya çevrilərsə, bu, şirkətin marja göstəricilərinə təzyiqi artıra və səhmlərin geri alınması proqramını ləngidə bilər.


