Anthropic-in dəyəri 900 milyard dolları keçə bilər
GDP Media xəbər verir ki, Bloomberg-in məlumatına görə, süni intellekt şirkəti Anthropic yeni investisiya raundunu 30 milyard dollardan çox məbləğlə bağlamağa hazırlaşır.
Məlumata əsasən, razılaşma şirkətin bazar dəyərini 900 milyard dollardan yuxarı qaldıra bilər. Bu halda Anthropic həm OpenAI-ni geridə qoyaraq dünyanın ən dəyərli özəl şirkətinə çevriləcək.İnvestisiya raunduna Sequoia, Dragoneer, Altimeter və Greenoaks Capital şirkətlərinin hərəsinin 2 milyard dollar yatırımla liderlik etməsi gözlənilir.
Anthropic investorlarla görüşlərdə bildirib ki, şirkətin illik gəlir tempi gələn ayın sonuna qədər 50 milyard dolları ötəcək.Maliyyələşmə raundunun artıq gələn həftə bağlanacağı gözlənilir.


