Aprel ayı üzrə tikinti indeksləri açıqlanıb

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb.

“GDP Media ” xəbər verir ki, Palatadan verilən məlumata görə, Azərbaycan tikinti sektorunda maya dəyəri artımı sürətlənib.2026-cı ilin aprel ayında tikinti xərcləri dekabr 2025-ci illə müqayisədə 6,8 % artıb. İndeks hesabat dövründə 106,8 bənd səviyyəsində formalaşıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.Palatanın hesablamalarına görə, tikinti materialları üzrə alt indeks 107,5, əmək qüvvəsi üzrə alt indeks 105,4, maşın-mexanizm üzrə alt indeks isə 103,8 təşkil edib. Ümumi xərc artımı orta hesabla 6,8 % olub. Ən yüksək qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən stabil seqment isə maşın-mexanizm xərcləri olub.Hesabatda qeyd olunur ki, bazarda xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bu artımın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərcinin bahalaşması və tikinti sektorunda tələbin aktiv qalması göstərilir.Tikinti materialları arasında ən yüksək dinamika metal məhsullarında qeydə alınıb. Belə ki, metal məhsulları üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106,0, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.Əmək bazarında da artım tendensiyası davam edib. Xüsusilə kafel-metlax, fasad və alçipan işləri üzrə xidmət haqlarında yüksəliş qeydə alınıb. Fasad işləri üzrə indeks 108,5, kafel və metlax işlərində 107,0, hörgü işlərində 105,2, şpaklyovka və suvaq işlərində 104,8, laminat və parket işlərində isə 103,9 olub. Palata hesab edir ki, tikinti sektorunda aktivliyin yüksəlməsi peşəkar usta xidmətlərinə tələbi artırıb və bu da əmək xərclərinə birbaşa təsir göstərib.Maşın-mexanizm seqmentində isə qiymət artımı digər komponentlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.Azərbaycan Qiymətləndiricilər Palatası bildirir ki, tikinti bazarında müşahidə olunan cari dinamika yeni tikililərin maya dəyərinin yüksəlməsini davam etdirir. Xüsusilə metal və beton məhsullarındakı bahalaşma daşınmaz əmlak sektorunda qiymət formalaşmasına birbaşa təsir edən əsas amillərdən biri olaraq qalır. Palatanın qənaətinə görə, tikinti xərclərindəki artımın yaxın aylarda da bazar qiymətlərinə təsirini davam etdirməsi gözlənilir.Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti indekslərini açırlayır.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı