Dövlət Statistika Komitəsinin açıqladığı makroiqtisadi göstəricilərə əsasən, Azərbaycan iqtisadiyyatı 2026-cı ilin yanvar-aprel aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,2% artım göstərib.
GDP Media xəbər verir ki, hesabat dövründə ölkədə 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında iqtisadiyyat 0,3% kiçilmişdi. Beləliklə, aprel ayında artım cüzi də olsa yenidən müsbət həddə qayıdıb.



