Azərbaycan və Gürcüstan Bakı–Supsa neft kəmərinin fəaliyyətinin bərpasına dair saziş imzalayıb

Azərbaycan və Gürcüstan Bakı–Supsa neft kəmərinin fəaliyyətinin bərpasına dair saziş imzalayıb.

“GDP Media” xəbər verir ki, bu razılaşma Mərkəzi Asiyadan Gürcüstan üzərindən Avropaya neft tranzitinin yenidən bərpasını təmin edəcək.İllik ötürmə gücü 6 milyon ton olan Bakı–Supsa neft kəməri son illərdə fəaliyyət göstərmirdi.Ehtimal olunur ki, kəmər vasitəsilə əsasən Türkmənistan nefti nəql ediləcək.

Bununla yanaşı, 2025-ci ildə fəaliyyətə başlayan Gürcüstanın ilk neft emalı zavodu – Kulevi NEZ də Qazaxıstan neftinin alınması ilə bağlı danışıqlar aparır.Məlumata görə, Kulevi NEZ 2026-cı ildən etibarən sanksiya riskləri səbəbindən Rusiya mənşəli xammalın qəbulunu tam dayandırıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu