Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq

2030-cu ilə qədər Azərbaycanda fərdi investorlara yönəlmiş azı 1 investisiya fondunun fəaliyyətə başlaması planlşadırılır.

“GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməsi istiqamətində ilkin olaraq hüquqi çərçivənin müəyyən edilməsi, sonra investisiya fondlarının yaradılması imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək.

Bundan başqa, investisiya şirkətlərinin 50 %-də investisiya alətlərinə rəqəmsal çıxışın mövcudluğu, azı 3 bankın investisiya xidmətlərigöstərməsi hədəflənir.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
    • İyun 22, 2026

    Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub. GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti…

    Davamı oxu