Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq

Azərbaycandakı maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulması nəzərdə tutulur.

“GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, paylanılmış “Öz müştərini tanı” sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub.

Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.Həmçinin adambaşına düşən nağdsız ödənişlərin sayının 250-ə çatdırılması (2025-ci ildə 228) də proqramın hədəfləri sırasındadır.

  • Əlaqədar Yazılar

    “Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik”
    • İyun 22, 2026

    İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlətimizin başçısı bəyanatla…

    Davamı oxu
    Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
    • İyun 22, 2026

    Türkmənistana “Dostluq” neft tankerinin təhvil verilməsinin rəsmi mərasimi onlayn formatda baş tutub. GDP Media xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti…

    Davamı oxu