Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər

Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb. Sazişə əsasən, tərəflər minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək və minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaqla əlaqədar üzərlərinə öhdəlik götürüblər.

  • Əlaqədar Yazılar

    Bakıda enerji, tranzit və logistika sahələri üzrə beynəlxalq sərgilər keçirilir
    • İyun 1, 2026

    Bakıda enerji, nəqliyyat və logistika sahələrinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan “Baku Energy Week” öz işinə başlayıb. “GDP Media” xəbər verir ki, tədbir enerji sektorunun aparıcı şirkətlərini, dövlət qurumlarını və beynəlxalq ekspertləri bir araya gətirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edərək tədbir iştirakçıları qarşısında çıxış edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” təşkil olunur. Bu il sərgidə dünyanın 45 ölkəsindən 275 şirkət iştirak edir. Eyni zamanda, 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “TransLogistica Caspian” 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçirilir. Sərgilərdə enerji, nəqliyyat, tranzit və logistika sahələrində tətbiq olunan ən son texnologiyalar, innovativ həllər və müasir yanaşmalar nümayiş etdirilir. Təşkilatçılar iştirakçıları və ziyarətçiləri Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgilərini ziyarət etməyə dəvət edirlər.

    davamı
    Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşdi – Cədvəl
    • İyun 1, 2026

    Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib. “GDP Media” xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb. Qeyd edilib ki, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib (əlavə olunur). Bu Qərar Azərbaycan qanunları, Prezidentin və Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur. Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.    

    davamı