Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 74%-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 89,6 milyon manat vəsait daxil olub.

“GDP Media”xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,65 % çoxdur.4 ay ərzində qurum 23 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 197-si qeyri-yaşayış, 1.439-u torpaq sahələri üzrə olmaqla 1 636 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 13,3 % çoxdur.

Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25 % çox – 18,5 milyon manat vəsait ödənilib.Beləliklə, yanvar-aprel aylarında özəlləşdirmə və icarəən büdcəyə ümumilikdə 108,1

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu