Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistan istiqamətində ixrac olunub.
Məlumata görə, 5911,21 ABŞ dolları dəyərində, ümumi çəkisi 1 ton 497 kiloqram olan “bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr” müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikasına yola salınıb.
Göndərilən məhsulun tikinti və izolyasiya təyinatlı olduğu bildirilir.
Qeyd edək ki, sözügedən ixrac əməliyyatı bütün zəruri gömrük rəsmiləşdirilmələri tamamlandıqdan sonra reallaşdırılıb.


