Azərbaycanın xarici dövlət borcu təkcə aprel ayı ərzində 10,9 milyon ABŞ dolları azalıb

2026-cı il mayın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.

GDP Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəricilərində əksini tapan bu rəqəm, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azdır.

Təkcə aprel ayı ərzində ölkənin xarici dövlət borcu 10,9 milyon ABŞ dolları azalıb. Qeyd edək ki, ötən il (2025-ci ildə) də xarici dövlət borcu 6,7% azalaraq 4 milyard 813,5 milyon ABŞ dollarına (8 milyard 183 milyon manata) düşmüşdü.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu