Azərbaycan baytarlıq preparatları istehsal edəcək

Azərbaycanda heyvan sağlamlığı üzrə göstərilən dövlət xidmətləri, eləcə də baytarlıq preparatları ilə təminat və xəstə heyvanların emal və utilizasiya infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulub.

“GDP Media” xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.Sənədə əsasən, 2026-2030-cu illərdə ölkə üzrə heyvan xəstəliklərinin araşdırılması, onların yayılma arealının və risklərin müəyyən edilməsi, baytarlıq xidmətlərinə əlçatanlığın və baytarlıq preparatlarının ölkədaxili istehsalının təşkili imkanlarının təhlil edilməsi planlaşdırılır.Eyni zamanda heyvan xəstəlikləri və onların yayılma arealı ilə bağlı məlumat sisteminin yaradılması; Vaksin izlənməsi üzrə rəqəmsal sistemin yaradılması və tətbiqi ilə bağlı təkliflər hazırlanması; baytarlıq preparatlarının yerli istehsalının təşkili üçün istehsal müəssisəsinin yaradılması, xəstə heyvanların kəsimi, emalı və utilizasiyası məqsədilə dövlət sanitar kəsim və emal müəssisələrinin yaradılması nəzərdə tutulub.Bu illər ərzində heyvan xəstəliklərinin monitorinqi və vaksin izlənməsi üzrə rəqəmsal sistem tətbiq ediləcək və baytarlıq xidmətlərinə əlçatanlıq artırılacaq.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu