Azərbaycand korrupsiya ilə bağlı qanunlara yeni dəyişikliklər edilir

Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi təklif olunur.Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən son dəyişikliklərin icrası məqsədilə hazırlanıb.Layihəyə əsasən, korrupsiya ilə bağlı məlumat verən şəxslərin hüquqlarının qorunması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.

Belə ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı məlumat vermiş şəxslərlə bağlı attestasiya prosesində səlahiyyətli struktur bölmə və ya məsul şəxs birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Bundan başqa, həmin şəxslərə qarşı qisas məqsədilə intizam tədbirlərinin tətbiq olunmadığını sübut etmək öhdəliyi işəgötürənin üzərinə düşəcək.

Dəyişikliklər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanunları da əhatə edir.Təklif olunan yeniliklərə görə, dövlət və bələdiyyə qulluqçularına qanunsuz hədiyyə və ya imtiyaz təqdim olunarsa, bu barədə birbaşa rəhbərə deyil, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə məlumat verilməlidir.

Həmçinin hədiyyələrin qəbul olunması və maraqlar toqquşması ilə bağlı qərarsızlıq yaranarsa, qulluqçular müvafiq səlahiyyətli struktur bölmənin rəyinə müraciət etməli olacaqlar.

Sənədin arayış hissəsində bildirilir ki, dəyişikliklər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb və əsas məqsəd qanunvericiliyin təkmilləşdirilməsidir.

  • Əlaqədar Yazılar

    Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq
    • May 26, 2026

    Azərbaycandakı maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulması nəzərdə tutulur. “GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, paylanılmış “Öz müştərini tanı” sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub. Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.Həmçinin adambaşına düşən nağdsız ödənişlərin sayının 250-ə çatdırılması (2025-ci ildə 228) də proqramın hədəfləri sırasındadır.

    davamı
    Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq
    • May 26, 2026

    2030-cu ilə qədər Azərbaycanda fərdi investorlara yönəlmiş azı 1 investisiya fondunun fəaliyyətə başlaması planlşadırılır. “GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməsi istiqamətində ilkin olaraq hüquqi çərçivənin müəyyən edilməsi, sonra investisiya fondlarının yaradılması imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bundan başqa, investisiya şirkətlərinin 50 %-də investisiya alətlərinə rəqəmsal çıxışın mövcudluğu, azı 3 bankın investisiya xidmətlərigöstərməsi hədəflənir.

    davamı