Azərbaycanda bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycanda cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların götürdüyü kreditlərin faizləri subsidiyalaşdırılacaq.

Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunub.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyinə müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməsi tapşırılıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq
    • May 26, 2026

    Azərbaycandakı maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulması nəzərdə tutulur. “GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, paylanılmış “Öz müştərini tanı” sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub. Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.Həmçinin adambaşına düşən nağdsız ödənişlərin sayının 250-ə çatdırılması (2025-ci ildə 228) də proqramın hədəfləri sırasındadır.

    davamı
    Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq
    • May 26, 2026

    2030-cu ilə qədər Azərbaycanda fərdi investorlara yönəlmiş azı 1 investisiya fondunun fəaliyyətə başlaması planlşadırılır. “GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməsi istiqamətində ilkin olaraq hüquqi çərçivənin müəyyən edilməsi, sonra investisiya fondlarının yaradılması imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bundan başqa, investisiya şirkətlərinin 50 %-də investisiya alətlərinə rəqəmsal çıxışın mövcudluğu, azı 3 bankın investisiya xidmətlərigöstərməsi hədəflənir.

    davamı