Azərbaycanda fərdi investorlara yönəlmiş azı bir investisiya fondu yaradılacaq

2030-cu ilə qədər Azərbaycanda fərdi investorlara yönəlmiş azı 1 investisiya fondunun fəaliyyətə başlaması planlşadırılır.

“GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməsi istiqamətində ilkin olaraq hüquqi çərçivənin müəyyən edilməsi, sonra investisiya fondlarının yaradılması imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək.

Bundan başqa, investisiya şirkətlərinin 50 %-də investisiya alətlərinə rəqəmsal çıxışın mövcudluğu, azı 3 bankın investisiya xidmətlərigöstərməsi hədəflənir.

  • Əlaqədar Yazılar

    Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq
    • May 26, 2026

    Azərbaycandakı maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulması nəzərdə tutulur. “GDP Media”xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, paylanılmış “Öz müştərini tanı” sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub. Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.Həmçinin adambaşına düşən nağdsız ödənişlərin sayının 250-ə çatdırılması (2025-ci ildə 228) də proqramın hədəfləri sırasındadır.

    davamı
    Azərbaycanda kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb
    • May 26, 2026

    Bu il aprelin 1-nə Azərbaycandakı bankların və bank olmayan kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri 46 milyon manat olub.Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, maliyyə icarəsi əməliyyatlarının inkişafı üçün geniş potensial mövcuddur: “Maliyyə icarəsi fəaliyyəti üzrə potensialın reallaşdırılması məqsədilə hüquqi və tənzimləmə sahəsində islahatların aparılması və maliyyə icarəsi sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması zəruri hesab edilir”.

    davamı